
Bakı. Trend:
Şimali Koreya kosmik texnologiyanın inkişafı üçün səylərini
davam etdirmək niyyətindədir və bu il bir neçə kəşfiyyat peykini
buraxmağı planlaşdırır.
Trend-in
məlumatına görə, bunu ölkənin Dövlət Kosmik Administrasiyasının
direktor müavini Park Kyunq-su deyib.
“Keçən il “Mulliqan-1” kəşfiyyat peykinin uğurla buraxılması
ölkənin müdafiə qabiliyyətinin əhəmiyyətli dərəcədə artmasına səbəb
olub və bu il daha bir neçə peykin orbitə buraxılması gözlənilir”,
– deyə direktor müavini qeyd edib.
Onun sözlərinə görə, kosmik sənayenin inkişafı Şimali Koreya
üçün çox vacibdir, çünki bu, qüdrətli dövlət yaratmaq baxımından
böyük əhəmiyyət kəsb edir.





























