Advertisement

Türkiyədə bələdiyyə seçkilərində lider kimdir?

Bakı. Trend:

Xəbər verdiyimiz kimi, Türkiyədə yerli özünüidarə
orqanlarına seçkilər keçirilib.

Trend xəbər verir ki, ölkə
üzrə hələlik 9.96 faiz seçki qutuları açılıb.

Məlumata görə, İstanbul üzrə bu faiz 5.45-ə bərabərdir. İlkin
nəticələr üzrə İstanbulda Əkrəm İmamoğlu liderdir.

O, 49.69 faiz səs qazanıb. Hakim partiyanın namizədi Murat Kurum
isə seçicilərin 42.05 faizinin səsini toplayıb.