
Bakı. Trend:
Meksika sahillərində çinli miqrantların olduğu gəmi qəzaya
uğrayıb, 8 nəfər ölüb.
Trend xəbər verir ki , bu barədə “CNN” məlumat yayıb.
Məlumata görə, yeddisi qadın, biri kişi olan çinli miqrantlar
Meksika ilə sərhəddən ABŞ ərazisinə qanunsuz girməyə
çalışırmış.
Hadisə ilə bağlı araşdırma aparılır. Prokurorluq cəsədlərin
tanınması üçün Meksikadakı Çin səfirliyi ilə əməkdaşlıq etdiyini
bildirib.
Qeyd olunub ki, son illərdə Meksika sərhədi vasitəsilə ABŞ
ərazisinə qanunsuz yolla keçməyə çalışan çinli miqrantların sayı
sürətlə artıb. 2023-cü ildə Meksikadan ABŞ-a qanunsuz yolla girməyə
çalışan 37 mindən çox Çin vətəndaşı hüquq-mühafizə orqanları
tərəfindən saxlanılıb.





























