
Bakı. Trend:
Türkiyədə keçirilən bələdiyyə seçkilərinə qatılan tanınmış
aktyor Erdal Beşikçioğlu Ankara şəhəri Etimesgut bələdiyyəsinin
sədri seçilib.
Trend bu
barədə Türkiyə KİV-ə istinadən xəbər verir.
Seçkilərə “Cümhuriyyət Xalq Partiyası”ndan (CHP) qatılan aktyor
qeyri-rəsmi nəticələrə görə, səslərin 56 faizini, “Milliyətçi
Hərəkat Partiyası”ndan (MHP) olan rəqibi Ənvər Dəmirəl isə 32,85
faiz səs qazanıb.
Qeyd edək ki, Türkiyədə yerli özünüidarə orqanlarına seçkilər
keçirilib.
Son məlumatlara görə, ölkə üzrə 99.6 faiz seçki qutuları
açılıb.
İstanbul üzrə bu faiz 54.5-ə bərabərdir. İlkin nəticələr üzrə
İstanbulda Əkrəm İmamoğlu liderdir.





























