
Bakı. Trend:
Türkiyənin 4 vilayətində terrorçulara qarşı “BOZDOĞAN-19”
əməliyyatı keçirilib.
Trend xəbər
verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya
sosial şəbəkə hesabında məlumat verib.
Nazirin sözlərinə görə, əməliyyat Şırnak, Diyarbəkir, Siirt ve
Hakkaridə keçirilib.
Terrorçuların mağara və sığınacaqlarda gizlətdikləri müxtəlif
növ silah, sursat və partlayıcı maddələrin zərərsizləşdirilməsinə
yönələn əməliyyatda 22 terror hədəfi məhv edildiyi bildirilib.





























