
Bakı. Trend:
Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında
ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək
Komissiyanın bu gün Bakıda keçirilən 8-ci iclasının yekunlarına
dair protokol imzalanıb.
Trend bu
barədə imzalanma mərasimindən xəbər verir.
Sənədi komissiyanın həmsədrləri Azərbaycan Respublikasının əmək
və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Rumıniyanın
energetika naziri Sebastiyan-İoan Burduja imzalayıblar.
Bundan başqa, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi
Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli və Rumıniyanın Milli
Sanitar Baytarlıq və Qida Təhlükəsizliyi İdarəsinin sədri-dövlət
katibi Aleksandru Nikolae Boçu tərəfindən baytarlıq və qida
məhsullarının təhlükəsizliyi sahəsində Anlaşma Memorandumu
imzalanıb.
Xəbər yenilənəcək























