
Bakı. Trend:
Rusiya “Crocus City Hall”dakı terror ilə bağlı beynəlxalq
məhkəmələrə müraciət edəcək.
Trend xəbər
verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi
nümayəndəsi Mariya Zaxarova deyib.
“Rusiya beynəlxalq məhkəmə instansiyalarına müraciət etmək
niyyətindədir”, – o deyib.
Zaxarova bunun üçün lazımi sənədlərin hazırlanması prosesinin
getdiyini əlavə edib.
Bundan başqa, Rusiya XİN nümayəndəsi terror aktından sonra
Kiyevə göndərilən nota ilə bağlı açıqlama verib.
Onun sözlərinə görə, notada “Crocus”un adı çəkilməyib.





























