Advertisement

Rusiyada kafedə partlayış olub – Trend.Az

Bakı. Trend:

Rusiyanın Voronej şəhərində kafedə partlayış olub.

Trend xəbər
verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Voronej
vilayəti üzrə Baş idarəsinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, kafenin vitrin şüşələri zərər görüb. Hadisə
yerində operativ istintaq qrupu fəaliyyət göstərir.

Polis hadisə nəticəsində xəsarət alanın olmadığını bildirib.

Bölgə üzrə operativ strukturlardan KİV-ə verilən məlumata görə,
hadisəyə sahibkarlar arasında münaqişə səbəb olub.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun