Advertisement

Pakistan məhkəməsi İmran xanın apellyasiya şikayətini təmin edib

Bakı. Trend:

Bazar ertəsi günü Pakistan məhkəməsi sabiq Baş nazir İmran Xanın
rüşvətxorluq ittihamı ilə bağlı verdiyi apellyasiya şikayətini
təmin edib və onun 14 illik həbs cəzasını təxirə salıb.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə
siyasətçinin rəhbərlik etdiyi partiya məlumat yayıb.

Fevralın 8-də keçiriləcək seçkilərə cəmi bir həftə qalmış İmran
Xan və həyat yoldaşı Büşra Bibi dövlət hədiyyələrini qanunsuz
satmaqda ittiham olunaraq 14 il həbs cəzasına məhkum ediliblər.
Keçmiş kriket ulduzu bir neçə ittihamla hələ də həbsdədir və
məhkəmənin hökmləri onu 10 il ərzində hər hansı bir dövlət
vəzifəsində işləmək hüququndan məhrum edib.

İslamabad Ali Məhkəməsi bildirib ki, bayram tətilindən sonra
əsas vəsatət kimi arqumentlər və dəlillər üçün qaldırılacaq
məhkumluğa dair yekun qərar çıxarılana qədər cütlüyün cəzası təxirə
salınacaq.

İmran Xan və onun partiyası bildirirlər ki, siyasətçiyə qarşı
məhkəmə iddialarının əsasını ordu generalları ilə fikir ayrılığı və
bu zəmində irəli sürülən saxta ittihamlardır. Pakistan Silahlı
Qüvvələri, öz növbəsində, bu fikirləri rədd edib.