Advertisement

Yaponiya Ukraynaya 118 milyon dollar yardım ayırıb

Bakı. Trend:

Yaponiya Ukraynaya 118 milyon dollar yardım ayırıb.

Trend xəbər
verir ki, bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, yardım Dünya Bankının (HEAL Ukraine) və (HOPE)
layihələri çərçivəsində ayrılıb.

Qeyd olunan vəsaitin 70 milyon dolları tibbi təminat proqramı
üzrə xərclərin qaytarılması kimi dövlət büdcəsinə dəstəyə
yönələcək.

Yerdə qalan 48,2 milyon dolların cüzi və orta təmirə ehtiyacı
olan çoxmərtəbəli və fərdi evlərin sahiblərinə təzminat üçün
ayrılacağı bildirilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun