
Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan və rusiyalı həmkarı
Sergey Lavrov arasında telefon danışığı olub.
Trend xəbər verir ki bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd olunub ki, iki ölkənin XİN rəhbərləri regional məsələlər
barədə müzakirələr aparıblar.
Onlar, həmçinin, Qara dənizdə naviqasiya təhlükəsizliyi haqda
fikir mübadiləsi ediblər.





























