Advertisement

İranın XİN rəhbərindən Dəməşqdəki konsulluğa hücuma REAKSİYA

Bakı. Trend:

İranın Suriyanın Dəməşq şəhərində konsulluq binasına hücum bütün
beynəlxalq öhdəliklər və konvensiyalara ziddir.

Trend-in məlumatına görə, bunu İran xarici işlər naziri Hüseyn
Əmir Abdullahian bu gün Suriya xarici işlər naziri Feysəl Miqdadla
telefon söhbətində deyib.

Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət belə hücumlara qarşı
ciddi şəkildə reaksiya verməlidir.

Telefon söhbətində Suriya xarici işlər naziri Feysəl Miqdad da
Suriya paytaxtı Dəməşqdə İran konsulluğuna hücumu Vyana diplomatik
konvensiyasının ciddi şəkildə pozulması adlandırıb.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 17:00 radələrində İsrail
HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində azı 7 nəfər,
o cümlədə,n İran İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH)
Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi onun
müavini Məhəmməd Hacı Rəhimi ölüb.