
Bakı. Trend:
İsveçrənin Vale kantonundakı Zermat dağ turizmi mərkəzində 3
nəfər qar uçqunu altında qalıb.
Trend xəbər verir ki, bu barədə yerli polis hadisə şahidlərinin
ifadələri əsasında məlumat yayıb.
Bununla belə, zərərçəkənlərin sayının daha çox olacağı istisna
olunmur.
Ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.





























