
Bakı. Trend:
Çində son 6 ayda ilk dəfə iqtisadi fəallıq artıb.
Trend xəbər verir ki, bu barədə Çinin Milli Statistika Bürosunun
məlumatında deyilir.
Bildirilir ki, mart ayında iqtisadi fəallıq indeksi 50,8 bənd
təşkil edib. Fevral ayında göstərici 49,9 bənd olub. Nəticənin 50
bənddən yuxarı olması inkişaf göstəricisidir. Ən ciddi artım xidmət
və istehsal sahələrində qeydə alınıb.





























