
Bakı. Trend:
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raket
buraxıb.
Trend xəbər verir ki, raketin xarakteristikası və uçuş detalları
barədə hələ məlumat yoxdur. Bu, Şimali Koreyanın cari ildə 3-cü
ballistik raket sınağıdır.
Yaponiya hökuməti Şimali Koreyanın buraxdığı raketin Yaponiyanın
dənizdəki məxsusi iqtisadi zonasından kənara düşdüyünü
açıqlayıb.





























