
Bakı. Trend:
Vaşinqtonun İran İslam Respublikasının Dəməşq konsulluğuna hücum
barədə əvvəlcədən xəbəri olmayıb.
Trend xəbər
verir ki, bu barədə “NBC News” telekanalı mənbələrə istinadən
məlumat yayıb.
Mənbələrin məlumatına görə, ABŞ Prezident Administrasiyası
Dəməşqdəki konsulluğa hücum barədə əvvəlcədən xəbəri olmadığını və
hücumda heç bir yolla iştirak etmədiyini İrana birbaşa olaraq
bildirib.
İki digər ABŞ rəsmisinin verdiyi məlumata görə, Bayden
administrasiyası İsrail təyyarələri artıq havada olanda əməliyyat
barədə məlumat əldə edib. Lakin vurğulanıb ki, Vaşinqton hədəfdən
xəbərdar olmayıb.
Qeyd edək ki, dünən yerli vaxtla saat 17:00 radələrində İsrail
HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində 11 nəfər, o
cümlədən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya
və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi və onun
müavini Məhəmməd Hacı Rəhimi ölüb.





























