Advertisement

Fransada müəllimlər tətil və nümayişlərə başlayır

Bakı. Trend:

Fransada kollec və liseylər üzrə ilk həmkarlar ittifaqı
(Snes-FSU) müəllimləri yenidən tətilə çağırıb.

Trend xəbər verir ki, Snes –FSU orta və ali məktəblərin
müəllimlərini səfərbər olmağa səsləyib.

Bundan sonra Snep-FSU, SUD Education, CGT Educ’action və FNEC-FP
FO kimi bir neçə həmkarlar ittifaqları da tətil və nümayiş
çağırışına qoşulublar. Tətilçilər dövlət məktəblərdə səviyyə
qruplarının ləğvini, məktəblərə daha çox resurs ayrılmasını tələb
edirlər. Müəllimlər, həmçinin lüzumsuz islahatların ləğv
olunmasını, maaşlarının artırılmasını istəyirlər.

Paris bölgəsindəki Seine-Saint-Denis departamentində “səviyyə
qruplarının” yaradılmasına qarşı çıxan müəllim heyətinin təhsil
üçün fövqəladə plan tələbi diqqət mərkəzində olacaq. Ötən həftənin
sonunda milli təhsil naziri həmin departamentin 12 deputatından
9-nu qəbul edib. Deputatlar bildiriblər ki, nazir müəllimlərin
etiraz hərəkatının miqyasını düzgün qiymətləndirmir.