
Bakı. Trend:
İsraili İranın Dəməşqdəki konsulluğuna hücuma və buna bənzər
hücuma görə peşman edəcəyik.
Trend-in məlumatına görə, bunu İranın Ali Lideri Seyid Əli
Xamenei müraciətində bildirib.
İranın Ali Lideri İranın igid övladlarının İsraili
cəzalandıracağını deyib.
Qeyd edək ki, bundan öncə İran prezidenti İbrahim Rəisi də
İsrail HHQ-nin İranın Dəməşqdəki konsulluğuna qarşı hücumu cavabsız
qalmayacağını bildirib.
Xatırladaq ki, dünən yerli vaxtla saat 17:00 radələrində İsrail
HHQ-nin Dəməşqin Mezze məhəlləsini vurması nəticəsində azı 11
nəfər, o cümlədən, İran İslam İnqilabı Keşikçiləri Korpusunun
(SEPAH) Suriya və Livan üzrə komandanı, general Məhəmməd Rza Zahedi
və onun müavini Məhəmməd Hacı Rəhimi ölüb.





























