Advertisement

Finlandiyada məktəbdə atışma olub – Ölən və yaralananlar var (YENİLƏNİB)

Bakı. Trend:

Finlandiyanın Vantaa şəhərinin Viertola rayonunda yerləşən
məktəbdə baş verən atışma nəticəsində 12 yaşlı yeniyetmə ölüb,
digər iki yeniyetmə yaralanıb.

Trend xəbər verir ki, bu barədə polis nümayəndəsi məlumat
verib.

xxx

13:16

Finlandiyada Vantaa şəhərinin Viertola rayonunda yerləşən
məktəbdə atışma olub.

Trend xəbər
verir ki, bu barədə polis orqanları məlumat yayıb.

Bildirilib ki, atışma nəticəsində 3 yeniyetmə xəsarət alıb.
Hazırda hadisə ilə bağlı araşdırma davam edir.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsin də yeniyetmə olduğu
qeyd edilib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun