Advertisement

İranda terror aktının qarşısı alınıb – İŞİD üzvləri saxlanılıb (FOTO)

Bakı. Trend:

İranın Qum vilayətində İŞİD-Xorasan terror qruplaşmasının terror
aktı törətmələrinin qarşısı alınıb.

Trend-in məlumatına görə, bu barədə İran KİV məlumat yayıb.

Məlumata görə, terror aktı törətmək istəyən iki terrorçu
saxlanılıb.

Bildirilib ki, terror qruplaşmasının üzvləri Qum şəhərində
ziyarətgahda terror aktı törətmək niyyətində olublar.