Advertisement

Admiral Moiseyev Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı təyin olunub

Bakı. Trend:

Rusiya Qəhrəmanı, admiral Aleksandr Moiseyev ölkənin Hərbi Dəniz
Donanmasının baş komandanı təyin olunub.

Trend xəbər
verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bu barədə bağlı Rusiya prezidentinin Vladimir
Putin müvafiq fərman imzalayıb.

Şimal donanmasının yeni komandanı isə vitse-admiral Konstantin
Kabantsov təyin olunub.

Xatırladaq ki, admiral Aleksandr Moiseyev mart ayında ölkənin
Hərbi Dəniz Donanmasına baş komandanı vəzifəsini müvəqqəti icra
edən şəxs təyin olunmuşdu.

Qeyd edək ki, bundan əvvəl Rusiya Hərbi Dəniz Donanmasına baş
komandanı vəzifəsini admiral Nikolay Yevmenov icra edib. Admiral
Moiseyev 2019-cu ildən Şimal Donanmasının, ondan əvvəl isə Qara
dəniz donanmasının komandanı olub, Rusiya Federasiyası Baş Qərargah
rəisinin müavini vəzifəsində çalışıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun