Advertisement

Xəstəyə telefonla “diaqnoz” qoyan həkim həbs olundu

Bakı. Trend:

İtaliyanın Ali Kassasiya Məhkəməsi xəstəyə telefon vasitəsilə
diaqnoz qoyan həkim barədə həbs qərarını təsdiqləyib.

Trend bu
barədə xarici KİV-ə istinadən xəbər verir. Bolonya şəhərindən olan
həkim vəzifə öhdəliklərini icra etməməkdə təqsirli bilinib.

Məlumata görə, xəstə təcili yardıma müraciət edərək qəfəsi
nahiyəsində güclü yanğın, eləcə də əllərə və barmaqlara yayılan
ağrıdan şikayət edib. Növbətçi həkim xəstəyə qastroenterit diaqnozu
qoyub, lakin kişi tezliklə infarktdan dünyasını dəyişib.

Birinci instansiya məhkəməsi həkimə bəraət verərək barəsində 4
aylıq həbs və analoji müddətdə işləməsinin qadağan olunması barədə
qərar verib.

Məhkəmə müəyyən edib ki, sağlamlıq hüququ dövlət qulluğunda olan
həkimin xəstəni qorumasını tələb edir. Boloniyalı həkimin təqsiri
ondan ibarət olub ki, o, xəstənin xahişinə baxmayaraq, onu evdə
ziyarət etməkdən imtina edib və xəstənin vəziyyətinin ağırlığını
yanlış dəyərləndirib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun