Bakı. Trend:
NATO-nun baş katibi Yens Stoltenberq iyulda ABŞ-da keçiriləcək
NATO sammitində beş il ərzində Ukraynaya silah tədarükünün
ödənilməsi üçün 100 milyard dollarlıq fond yaratmağı təklif
edəcək.
Trend-in məlumatına görə, bu barədə “Bloomberg” agentliyi
mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, Y.Stoltenberq, həmçinin Kiyevə bütün hərbi
təchizatın koordinasiyasını ABŞ-dan NATO-nun nəzarətinə keçirməyi
təklif edəcək.
Bildirilib ki, Y.Stoltenberqin bu təklifləri NATO-nun bu ölkəni
alyansa dəvət etməkdən imtina etməsinə görə Ukraynaya kompensasiya
olmalıdır.
“Stoltenberq iyul ayında ABŞ-da keçiriləcək sammitdə alyans
liderləri tərəfindən imzalanacaq paket sazişlər çərçivəsində beş il
ərzində 100 milyard dollar dəyərində ittifaq ölkələrinin ödənişləri
əsasında fond yaratmağı təklif edəcək”, – deyə qeyd olunub.




























