
Bakı. Trend:
2023-cü ilin oktyabrından bu ilin yanvarına qədər Qəzza
zolağının infrastrukturuna dəymiş ziyan 18,5 milyard dollar
həcmində qiymətləndirilib.
Trend-in məlumatına görə, bu barədə Dünya Bankı və BMT-nin birgə
hesabatında deyilir.
Məlumata görə, bu zərər Fələstinin 2022-ci il üçün ÜDM-nin
97%-nə bərabərdir.
Qeyd olunur ki, əsas zərər mənzil sektorunda, o cümlədən yaşayış
binalarında (ümumi məbləğin 72 faz) və ticarət, sənaye və xidmət
sahələrində (ümumi həcmin 9 faizi), qalan 19%-nin isə təhsillə
bağlı mühüm obyektlərə, su təchizatı və səhiyyə, enerji,
informasiya texnologiyaları, kommunal xidmətlər və nəqliyyat
sahələrinə dəyib.
Ümumi zərərin demək olar ki, 80%-nin Qəzza, Şimali Qəzza və Xan
Yunis əyalətlərinə dəydiyi bildirilib.





























