
Bakı. Trend:
Şimali Koreya hakimiyyəti yeni tipli hipersəs ballistik
raketinin uğurlu sınaqdan keçirildiyini bildirdi.
Trend-in
məlumatına görə, bu barədə Cənubi Koreyanın “Yonhap” agentliyi
xəbər verib.
“Şimali Koreya çərşənbə axşamı yeni “Hwasong-16″ hipersəs
raketini uğurla sınaqdan keçirdiyini bildirib”, – deyə qeyd
olunub.





























