Advertisement

ABŞ Rusiyanı “Crocus”dakı terror aktından iki həftə əvvəl məlumatlandırıb

Bakı. Trend:

ABŞ “Crocus City Hall”dakı terror aktından iki həftə əvvəl
Rusiya hakimiyyətinə xəbərdarlıq etmişdi ki, konsert zalı hücum
üçün potensial hədəfə çevrilə bilər.

Trend-in
məlumatına görə, bu barədə “The Washington Post” (WP) nəşri məlumat
yayıb.

Bundan əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey
Narışkin Moskvada terror aktının hazırlanması ilə bağlı həddən
artıq ümumi məlumat aldığını bildirib.

Həmçinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru
Aleksandr Bortnikovun sözlərinə görə, bu məlumatlar ümumi xarakter
daşıyırdı.