
Bakı. Trend:
Yaponiya Meteorologiya İdarəsi Tayvanın şərq sahillərində baş
verən 7,7 bal gücündə zəlzələdən sonra Okinava prefekturasında
sunami xəbərdarlığını ləğv edib.
Trend-in məlumatına görə, bu barədə qurumun saytında dərc olunan
məlumatda qeyd olunub.
Yalnız dəniz səviyyəsində cüzi dəyişiklik ehtimalını əks etdirən
proqnoz qüvvədə qalır.
Qeyd edək ki, Tayvanın şərq sahillərində 7,7 bal gücündə zəlzələ
baş verib, ardınca 6,6, 6,3 və 6 bal gücündə afterşoklar qeydə
alınıb. Tayvan adasının meteoroloji xidməti zəlzələnin
maqnitudasını 7,2 bal qiymətləndirib, əlavə olaraq 6,5 bal gücündə
30-a yaxın afterşok hesablayıb.





























