Advertisement

2-ci Qarabağ müharibəsindən sonra Ermənistanın hakim partiyası nüfuzunu itirib – Erməni deputat

Bakı. Trend:

Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” partiyası 44 günlük
müharibədən sonra demək olar ki, öldü.

Trend erməni
KİV-ə istinadən xəbər verir ki, bu barədə “Vətəndaş Müqaviləsi”
partiyasından olan deputat Ovik Ağazaryan deyib.

“Biz diz çökmüşdük, lakin insanlar arxadan bizə yaxınlaşaraq
dedilər: qalxın, siz düz yolda gedirsiniz. Hesab etmək olar ki, biz
öldük və dirildik”, – “Hraparak” qəzeti erməni deputatdan sitat
gətirib.

Erməni deputat müharibənin düzgün yol olmadığını əlavə edib.

Xatırladaq ki, bu yaxınlarda Ermənistanın baş naziri Nikol
Paşinyan Tavuş sakinləri ilə görüşdə bildirib ki, İrəvan Bakı ilə
delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina
edərsə, tezliklə müharibə başlaya bilər.

“Hazırda bu zaldan çıxıb getmək və heç bir delimitasiya və
demarkasiyanın olmayacağını demək olar, lakin bu o deməkdir ki,
həftənin sonunda müharibə olacaq. Mən bu müharibənin sonunda
nələrin olacağını da bilirəm. Sonra biz Respublika meydanında
görüşəndə siz deyəcəksiniz: “Yaxşı, biz sadə kəndlilər idik, bizim
məlumatımız yox idi, axı siz hər şeyi bilirdiniz”, – Paşinyan
deyib.

Bundan başqa, Paşinyan Azərbaycan və Ermənistan arasında
delimitasiya və demarkasiya prosesinin praktik mərhələyə daxil
olduğunu bildirib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun