Advertisement

Türkiyədə illik inflyasiya mart ayında yüksəlib

Bakı. Trend:

Türkiyədə illik inflyasiya mart ayında 68,5%-ə yüksəlib. Bu isə
ötən aya nisbətən 1,43% çoxdur.

Trend Türkiyə Statistika
Təşkilatına (TÜİK) istinadən xəbər verir.

Məlumata görə, fevral ayında bu rəqəm 67,07% təşkil edib. Mart
ayında istehlak qiymətləri indeksi əvvəlki aya görə 3,16%, 2024-cü
ilin əvvəli ilə müqayisədə isə 15,06% artıb.

Ötən ilin eyni ayına nisbətən ən az artım 50,10% ilə geyim və
ayaqqabı qiymətlərində, ən çox artım qeydə alınan əsas qrup isə
104,07% ilə təhsil sektoru olub.