Advertisement

Türkiyədə hərbçiləri daşıyan avtobus servis maşını ilə toqquşub: 16 yaralı

Bakı. Trend:

Türkiyədə servis maşını hərbçiləri daşıyan avtobusla toqquşub,
nəticədə 5-i hərbçi olmaqla 16 nəfər yaralanıb.

Trend bu
barədə Türkiyə KİV-ə istinadən xəbər verir.

Hadisə yerinə çox sayda tibbi personal, polis və xilasetmə
əməkdaşları cəlb edilib.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin qənəatbəxş
olduğu qeyd olunub.

Hadisə ilə bağlı araşdırma başladılıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun