Advertisement

Türkiyədə ayaqqabılarında qızıl külçələr tapılan 2 erməni tutuldu

Bakı. Trend:

Türkiyənin Qars şəhərində iki erməniəsilli şəxsin
ayaqqabılarında qaçaqmalçılıq yolu ilə keçirilən qızıl külçələr
tapılıb.

Trend xəbər
verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.

Bildirilib ki, çəkisi 1 kiloqramdan artıq olan qızıl külçələrin
dəyəri təqribən 3,5 milyon türk lirəsi (109 min dollara yaxın)
olaraq dəyərləndirilib.

Sözügedən şəxslər barəsində qaçaqmalçılıqla bağlı cinayət işi
açılıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun