Advertisement

“Ural Hava Yolları” bu ayın sonundan Jukovskidən Bakıya birbaşa reyslərini işə salacaq

Bakı. Trend:

“Ural Hava Yolları” aprelin 26-dan Jukovskidən Bakıya birbaşa
reyslərini işə salacaq.

Trend
aviaşirkətə istinadən xəbər verir ki, Jukovski-Bakı marşrutu üzrə
uçuşlar cümə və şənbə günləri olmaqla həftədə 2 dəfə həyata
keçiriləcək.

Qeyd edək ki, sözügedən marşrut üzrə ilk reys fevralın 8-nə
planlaşdırılmışdı, lakin uçuşlara dair bütün nüanslar
razılaşdırılmadığından, reys baş tutmayıb.

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat
Nazirliyindən bildiriblər ki, “Ural Hava Yolları” tərəfindən
müraciət gec daxil olub və Azərbaycanın mülki aviasiya orqanları
ilə razılaşdırılması zaman tələb edir.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun