Advertisement

Yaponiya Azərbaycanla tikinti sektorunda əməkdaşlıqda maraqlıdır

Bakı. Trend:

Yaponiya Azərbaycanla tikinti sektorunda əməkdaşlıqda
maraqlıdır.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Tikinti Materialları İstehsalçıları
Assosiasiyasının (ATMİA) baş katibi Şahanə Sarı “Tokyo
Construction&Design 2024” sərgisində iştirakın yekunlarına həsr
olunmuş mətbuat kofransında deyib.

“Ötən il ATMİA-nın dəvət etdiyi yapon ekspertlər Assosiasiyanın
üzvləri üçün master-klasslar keçirib. Nəticədə, “Tokyo
Construction&Design 2024″ sərgisində qəbul etmək qərarı qəbul
edilib. Yaponiya Azərbaycanla tikinti sektorunda əməkdaşlıqda
maraqlıdır”, – o deyib.

Qeyd edək ki, ATMİA 2017-ci ildə yaradılıb və artıq 400-dən çox
üzvü var.

Assosiasiyanın əsas məqsədi Azərbaycanda tikinti sektorunun
inkişafı, eləcə də, dövlət tərəfindən iqtisadi və sosial inkişaf
sahəsində həyata keçirilən tədbirlərin təşviqindən ibarətdir.

(Tərcümə: Rəna Əbdürəhmanova)