Advertisement

Türkiyə regionda terrora son qoyacaq – Ərdoğan

Bakı. Trend:

Türkiyə həm öz ərazisində, həm də regionda terrora son
qoyacaq.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğan deyib.

“Türkiyənin və bölgənin gələcəyində terrora yer olmadığını hər
kəsə göstərməkdə qərarlıyıq. Son seçkilərdən sonra qətiyyətimiz
daha da güclənib. Bütün terror təşkilatları millətimizin
düşmənidir”, – deyə Ərdoğan bildirib.