Advertisement

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Bakı. Trend:

Ötən il Gürcüstanda 22 min 275 nikah qeydə alınıb ki, bu da
2022-ci ilin müvafiq göstəricisindən 14,5 faiz azdır.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika
Xidməti məlumat yayıb.

Bununla yanaşı boşanmaların sayında da azalma baş verib. Belə
ki, 2023-cü ildə 13 min 664 boşanma faktı qeydə alınıb, bu da
əvvəlki ilin müvafiq göstəricisinə nisbətən 3,1 faiz azdır.