Advertisement

Aİ Ermənistandan KTMT-dən çıxmasını tələb etmir – XİN nümayəndəsi

Bakı. Trend:

Avropa İttifaqı Ermənistandan Avrasiya İqtisadi Birliyi (AİB)
ilə münasibətlərini yenidən gözdən keçirməsini və Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmasını tələb
etmir.

Trend erməni
KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan xarici işlər
nazirinin müavini Vaan Kostanyan jurnalistlərə deyib.

“Bizə qarşı bununla bağlı rəsmi tələb irəli sürülməyib”, – o
deyib.

Xatırladaq ki, dünən Rusiya Xarici İşlər Nazirliyinin mətbuat
xidmətinin rəhbəri Mariya Zaxarova həftəlik brifinqdə Ermənistan
Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının (KTMT) tamhüquqlu üzvü
olaraq qalmağa davam etdiyini deyib.

“KTMT-yə üzv olan ölkələr arasında yalnız birinin gah KTMT-nin
ondan uzaqlaşdığı, gah özünün təşkilatdan çıxdığı, gah təşkilata
üzv olduğu, gah da üzvlüyünü dondurduğu barədə danışan bir ölkə
tanıyıram. Biz bunu yalnız İrəvandakı hakimiyyətdən eşidirik.

Məsələ burasındadır ki, Ermənistan KTMT-nin tamhüquqlu üzvü
olaraq qalmağa davam edir. Həmçinin, KTMT nizamnaməsi, 2011-ci ildə
liderlər tərəfindən imzalanmış müvafiq protokola əsasən, KTMT-yə
üzv ölkələr öz ərazilərində üçüncü ölkələrin qoşun qrupları və
xarici infrastruktur obyektlərini yerləşdirmək barədə qərarı yalnız
birliyin digər üzv ölkələri ilə təcili məsləhətləşmələrdən sonra
qəbul edə bilər”, – o deyib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun