Advertisement

Latviya istehsal etdiyi dronların ilk partiyasını yaxın zamanda Ukraynaya göndərəcək

Bakı. Trend:

Latviya istehsal etdiyi 1 milyon avro dəyərində dronların ilk
partiyasını yaxın zamanda Ukraynaya göndərməyi planlaşdırır.

Trend xəbər
verir ki, bu barədə Latviyanın baş naziri Evika Silinya ukraynalı
həmkarı Denis Şmıqal ilə mətbuat konfransında deyib.

Nazirin sözlərinə görə, Latviya dronlarla yanaşı, onların idarə
olunması üçün təlimatçılar da göndərə bilər.

Silinya Latviya istehsalı olan dronların artıq ukraynalılar
tərəfindən yoxlamadan keçirildiyini və döyüş meydanında
effektivliyinin sübut olunduğunu qeyd edib.

Bundan başqa, baş nazir Latviyanın 2024-cü ildə Ukraynaya dron
tədarükü üçün 9 milyon avro ayırmağı planlaşdırdığını əlavə
edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun