Bakı. Trend:
ABŞ və müttəfiqləri Ukraynaya daha çox silah ötürmək
imkanlarının olub-olmamasını diqqətlə yoxlamağa hazırdır.
Trend-in məlumatına görə, bu barədə ABŞ dövlət katibi Antoni
Blinken mətbuat konfransında deyib.
“Söhbət hava hücumundan müdafiə sistemlərindən, artilleriyadan,
mərmilərdən gedir. Biz hamımız, o cümlədən ABŞ, Ukraynaya tələb
olunduğu daha çox resursları təmin edə biləcəyimizi diqqətlə
yoxlamağa hazırıq”, – deyə o bildirib.
Eyni zamanda, o, yenidən ABŞ Konqresini Ağ Evin Ukraynaya hərbi
yardım üçün əlavə maliyyə sorğusunu tez bir zamanda təsdiqləməyə
çağırıb.




























