
Bakı. Trend:
Fransa Prezidenti Emmanuel Makrona ictimai etimad 25 faizə düşüb
ki, bu da 2022-ci ildən bəri ən aşağı səviyyədir.
Trend-in məlumatına görə, bu barədə “Les Echos” qəzeti Elabe
sosioloji xidmətinin sorğusuna istinadla məlumat yayıb.
Qəzet yazır ki, buna səbəb iqtisadiyyatdakı problemlər və
Ukrayna ilə bağlı açıqlamalardır. Həmçinin qeyd edilib ki, Qabriel
Attalın Baş nazir vəzifəsinə təyin olunması da etimad reytinqinə
heç bir təsir göstərməyib.
Dövlət başçısından ən böyük məyusluğu yaşlı nəslin nümayəndələri
(65 yaş və yuxarı) yaşayıb. Apreldə bu qrupdan olan respondentlərin
yalnız 27 faizi dövlət başçısına etimadı saxlayıb, martda isə bu
göstərici 36 faiz olub.





























