Advertisement

İranda ardıcıl üç zəlzələ olub

Bakı. Trend:

İranda ardıcıl üç zəlzələ qeydə alınıb.

Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bu gün Xuzistan əyalətində ardıcıl üç
dəfə zəlzələ baş verib.

Məlumata görə, sözügedən əyalətin Məşraqe şəhərində Rixter
cədvəli üzrə 4,1, 4,4 və 4,9 bal gücündə zəlzələlər qeydə
alınıb.

Tehran Universitetinin Geofizika İnstitutunun Milli Syesmoloji
Mərkəzi bildirib ki, zəlzələlər 12:15 radələrində və ardıcıl olaraq
8, 19 və 31 kilometr dərinliklərdə olub.