
Bakı. Trend:
Türkiyədə İsrail kəşfiyyatı üçün casusluqda şübhəli bilinənlərə
qarşı “Köstebek-3” əməliyyatı keçirilib.
Trend xəbər
verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerliqaya
sosial şəbəkə hesabında məlumat verib.
Məlumata görə, əməliyyat çərçivəsində saxlanılan 8 şübhəlidən
2-si həbs olunub. Onların İsrail kəşfiyyatına məlumat ötürdükləri
qeyd olunub.
Digər 6 nəfər barədə isə məhkəmə nəzarəti qərarı verilib.





























