Advertisement

Pentaqon Ukraynanın Rusiyada neft emalı zavodlarına hücumlarını dəstəkləmir

Bakı. Trend:

Pentaqon Ukraynanın Rusiyada neft emalı zavodlarına hücumlarını
dəstəkləmir.

Trend Ukrayna
KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin
mətbuat katibi Patrik Rayder deyib.

Onun sözlərinə görə, Ukrayna bu hücumları müstəsna olaraq öz
gücü hesabına və öz silahları ilə həyata keçirir.

“ABŞ Rusiya ərazisinə hücumlar üçün yardım göstərmir”, –
Pentaqon rəsmisi deyib.

Onun sözlərinə görə, bununla bağlı şərhlər üçün Ukrayna tərəfinə
müraciət etmək lazımdır.

Xatırladaq ki, bu yaxınlarda Ukrayna prezidenti Volodimir
Zelenski ABŞ-nin Rusiyadakı neft emalı zavoduna PUA hücumlarına
reaksiyasının müsbət olmadığını bildirib.

“Biz öz PUA-larımızdan istifadə etdik. Heç kim bizə bunu edə
bilməyəcəyimizi deyə bilməz”, – deyə Zelenski əlavə edib.

Ukrayna prezidenti PUA hücumlarının Rusiyanın Ukraynanın enerji
infrastrukturuna zərbələrinə cavab olduğunu bildirib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun