Advertisement

“F-16” qırıcıları Rusiyaya qarşı “gümüş güllə” ola bilməz – NATO Baş katibi

Bakı. Trend:

“F-16” qırıcıları Ukrayna üçün Rusiya ordusuna qarşı “gümüş
güllə” ola bilməz.

Trend xəbər
verir ki, bu barədə NATO Baş katibi Yens Stoltenberq “Bild”
qəzetinə müsahibəsində deyib.

“Döyüş meydanında bir sistem vəziyyəti dəyişə bilər. Bu bütün
müharibəni dəyişə biləcək “gümüş güllə” deyil”, – o deyib.

Stoltenberq, bununla belə, pilotların təlimi və “F-16”
qırıcılarının tədarükünün NATO tərəfdaşları tərəfindən Ukrayna üçün
mühüm yardımın daha bir nümunəsi olduğunu əlavə edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun