
Bakı. Trend:
ABŞ-nin Nyu-Cersi ştatında 4,8 bal gücündə zəlzələ baş
verib.
Trend xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat
yayıb.
Yeraltı təkanların episentri 1 kilometr dərinlikdə yerləşib.
Zəlzələ Nyu-Yorkda da hiss olunub. İtki və fəsadlar barədə
məlumat yoxdur.





























