Advertisement

“Crocus City Hall”dakı terrorda təqsirləndirilən on birinci şəxs həbs edildi

Bakı. Trend:

Moskvanın Basman məhkəməsi “Crocus City Hall” konsert zalına
hücum etməkdə təqsirləndirilən on birinci şəxsi, Tacikistan
vətəndaşı Məhəmməd Şaripzodanı həbs edib.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilib ki, məhkəmə onun barəsində mayın 22-dək həbs qətimkan
tədbirinin seçilməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, martın 22-də Rusiyanın Moskva vilayətinin
Krasnoqorsk şəhərində yerləşən “Crocus City Hall”a daxil olan
naməlum şəxslər insanlara atəş açıblar. Hadisə “Piknik” qrupunun
konsertindən öncə baş verib. Terror aktı nəticəsində azı 144 nəfər
həlak olub, 551 nəfər isə yaralanıb.