Advertisement

KTMT Ermənistanda missiya yerləşdirmək məsələsini müzakirə etmək üçün İrəvandan cavab gözləyir

Bakı. Trend:

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) KTMT
Ermənistanda missiya yerləşdirmək məsələsini müzakirə etmək üçün
İrəvandan müsbət cavab gözləyir.

Trend xəbər
verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri
üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan yerli
KİV-ə müsahibəsində deyib.

Onun sözlərinə görə, Moskva müvafiq tədbirlərin regiondakı ümumi
vəziyyətdə müsbət əksini tapacağından əmindir.

“Qərb ölkələri isə Rusiyaya və onun Cənubi Qafqazdakı
mövqelərinə maksimum zərər yetirmək üçün ölkənin yaxın
müttəfiqlərinə, o cümlədən Ermənistana siyasi və iqtisadi təzyiq
göstərməyə çalışırlar”, – o deyib.

Bundan başqa, Rusiya XİN nümayəndəsi Azərbaycan-Ermənistan
münasibətlərinin normallaşmasının danışıqlar yolu ilə mümkün
olduğunu əlavə edib.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun