Advertisement

Paşinyanın komandası Brüsseldəki uğursuzluqdan şokdadır – KİV

Bakı. Trend:

Ermənistanın hakim “Vətəndaş müqaviləsi” partiyasının
deputatları Brüsseldəki görüşün uğursuzluğundan şokdadır.

Trend xəbər
verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazıb.

Nəşrin yazdığına görə, Paşinyanın komandası bir neçə milyard
avro gözləsə də, onlara yalnız 350 milyon avro dəstək vəd ediblər,
üstəlik, bu məbləğ qarşıdakı 4 il ərzində qrantlar şəklində
ayrılacaq.

“Paşinyanın komandasının üzvləri qəzəblənib, axı Qərb onların bu
pullar uğrunda günlərlə necə aktiv şəkildə Rusiyaya çirkab atdığını
qiymətləndirmədi”, – deyə nəşr yazıb.

Xatırladaq ki, aprelin 5-də Brüsseldə Avropa Komissiyasının
prezidenti Ursula Fon der Lyayen, ABŞ dövlət katibi Antoni Blinken
və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə üçtərəfli
Aİ-ABŞ-Ermənistan görüşü keçirilib.

Görüşə, həmçinin, Avropa İttifaqının xarici siyasət və
təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell də
qatılıb.

Görüşdə tərəflər arasında qarşılıqlı əlaqələrin inkişafı
müzakirə olunub. Brüssel və Vaşinqton İrəvan üçün müvafiq olaraq
270 milyon avro və 65 milyon dollar dəyərində kredit ayıracaqlarını
vəd ediblər.

Brüssel görüşü çərçivəsində, həmçinin, Ermənistan və Avropa
İttifaqının Cinayət Ədliyyəsi üzrə Əməkdaşlıq Agentliyi (Eurojust)
arasında əməkdaşlıq sazişi imzalanıb. Ermənistan tərəfindən sazişi
xarici işlər naziri Ararat Mirzoyan, Aİ tərəfindən ədliyyə
məsələləri üzrə komissar Didye Reynders, Aİ-yə sədrlik edən Belçika
və Aİ-yə üzv ölkələrin adından isə Belçikanın baş nazir müavini,
ədliyyə və Şimal dənizi məsələləri üzrə naziri Pol Van Tixelt
imzalayıb.

Xəbərlərimizi “WhatsApp” kanalımızdan
oxuyun