
Bakı. Trend:
Ukrayna bu il 2 milyondan çox pilotsuz uçuş aparatı (PUA)
istehsal etməyi planlaşdırır.
Trend xəbər
verir ki, bu barədə Ukraynanın strateji sənayelər nazirinin müavini
Anna Qvozdyar Yaponiya telekanalında müsahibəsində deyib.
Onun sözlərinə görə, söhbət müxtəlif növ PUA-lardan gedir.
Nazir müavini Ukraynada, həmçinin, süni intellektdən istifadə
etməklə yeni növ PUA-ların hazırlanacağını bildirib. Süni intellekt
bu dronların öz marşrutlarını sərbəst şəkildə təyin etməsinə imkan
verəcək.





























