Advertisement

İngiltərədə kurqan dəfnlərinə yenidən icazə verildi

Bakı. Trend:

İngiltərənin Şərqi Midlend bölgəsində müasir kurqanların
tikintisinə icazə verilib.

Trend “Heritage Daily” saytına istinadən xəbər verir ki, “Sacred
Stones Limited” ilə tərəfdaşlığın bir hissəsi olaraq, Tunc dövrü və
Neolit mədəniyyətlərinin qədim ənənələrini özündə yaşadan Kalverton
kəndinin kənarında müasir kremasiya dəfnləri üçün kurqan
tikiləcək.

Tumuli kimi də tanınan kurqanlar qədim qəbirlər üçün istifadə
edilən daş tikililərdir. Dairəvi kurqan Anglo-Saks fəthlərindən
sonra qısa bir canlanma yaşasa da, 7-ci əsrdə xristianlığın
yayılması nəticəsində aradan qaldırılmışdı.

Tumulların ilkin elmi tədqiqi və onların mənşəyi ilə bağlı
fərziyyələr 17-ci əsrdə Con Aubrey və Vilyam Stukeleyin rəhbərliyi
ilə başlayıb.

Kalverton qəbiristanlığı “AW Lymn” şirkətinə məxsus ilk dəfn
yeri və kurqanlar sxemidir. Şirkət regionda kurqanları
genişləndirməyi planlaşdırır.