Advertisement

Suriyada terror aktı – Yeddi uşaq öldü

Bakı. Trend:

Suriyanın cənubundakı Dəra şəhərinin yaxınlığında terrorçular
tərəfindən yerləşdirilmiş partlayıcının partlaması nəticəsində
yeddi uşaq həlak olub.

Trend x\b\r verir ki, bu barədə Suriya dövlət televiziyası Dəra
şəhərinin polis idarəsinə istinadən məlumat yayıb.

Qeyd edək ki, Dəra əyaləti Suriya ordusunun nəzarəti altındadır,
lakin son vaxtlar bölgədə iğtişaşlar, həmçinin, terror hücumları
tez-tez baş verir.